Modern.az

Lavrovla Rubio Nyu-Yorkda görüşəcək – Ukrayna müzakirə olunacaq

Lavrovla Rubio Nyu-Yorkda görüşəcək – Ukrayna müzakirə olunacaq

Dünya

Bu gün, 15:01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.

Modern.az xəbər verir ki, Lavrov görüş barədə Ukrayna məsələsinə həsr olunmuş səfirliklərarası dəyirmi masa zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər Ukraynadakı vəziyyətlə bağlı ABŞ-ın mövqeyini müzakirə edəcəklər. Görüşün dəqiq tarixi açıqlanmayıb.

BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də başlayıb. Dövlət və hökumət başçılarının iştirak edəcəyi ümumi debatlar sentyabrın 22-dən 26-dək, həmçinin sentyabrın 28-də keçiriləcək.

Sergey Lavrovun BMT Baş Assambleyasında çıxışı sentyabrın 26-na planlaşdırılıb.

Lavrovla Rubionun son görüşü iyul ayında Manilada keçirilən ASEAN sammiti çərçivəsində baş tutub. Rusiya XİN rəhbəri həmin görüşdə amerikalı həmkarına Ukraynada döyüşlərin getdiyi ərazilərdəki vəziyyət barədə məlumat verdiyini və Avropa ölkələrinin sabitliyi pozan təsirindən danışdığını bildirib.

Rubio isə görüşü “səmimi və yaxşı” söhbət kimi qiymətləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyev işində şok adlar üzə çıxdı