Modern.az

Ermənistan sərhədinə gedən avtomobil yolunun 95 faizi tamamlanıb

Ermənistan sərhədinə gedən avtomobil yolunun 95 faizi tamamlanıb

Aktual

15 Sentyabr 2026, 14:54

Azərbaycanın əsas hissəsində Ermənistan sərhədi istiqamətində çəkilən avtomobil yollarının tikintisi təxminən 95 faiz, dəmir yolunun inşası isə 75 faiz tamamlanıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, hər iki layihənin Azərbaycan ərazisindəki hissəsinin 2027-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Ceyhun Bayramov Türkiyə ərazisindəki 224 kilometrlik Kars–İğdır–Dilucu dəmir yolu xəttində də konkret tikinti işlərinin aparıldığını bildirib.

Xarici işlər naziri qeyd edib ki, bütün hissələr istifadəyə verildikdən sonra Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa nəqliyyat bağlantısı yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu