Modern.az

Ərdoğan Azərbaycanı təbrik etdi

Ərdoğan Azərbaycanı təbrik etdi

Aktual

Bu gün, 15:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Modern.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.

“Dostumuz və qardaşımız Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil Paşanı və qəhrəman əsgərlərimizi rəhmətlə yad edirəm”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarına da yer verib.

Qeyd edək ki, Bakı 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun birgə hərbi əməliyyatları nəticəsində işğaldan azad edilib.
1548089

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyev işində şok adlar üzə çıxdı