15Dekabr | Ana Səhifə - Yazılar - Xəstəsən, həkim?!
Xəstəsən, həkim?!

Hidayət Elvüsal



Belə-belə işlər


Əşi, mən neynəyim? Hər gün televiziya ekranlarından, sosial şəbəkələrdən, qəzetlərdən, ordan-burdan car çəkirlər ki, bizə müraciət etməsəniz, öləcəksiniz. Klinikalar, nələr və nələr o qədər artıb ki, heç Səhiyyə Nazirliyində də sayını bilən yoxdur. Hələ mən bura falabaxanları əlavə etmirəm. Biri cin çıxarır, biri ora-buramıza enerji yükləyir, biri üfürməklə infarktı müalicə edir.

Nə isə! Dişim ağrıyırdı. Dedilər yaxınlıqda təzə klinika açılıb. Hamısı da “importnu” həkimlərdi. Biri Rusiyada, biri İranda, o biri Avropada-zadda təhsil alıb, kurs keçib.

Axtarıb tapdım. Əvvəla bir şey xoşuma gəldi. Bahalı ətirlərin çoxusu ləzzət eləyirdi. Dərman iyindən zəhləm gelir. Və duxusu ilə adamı biheş edən ağxalatlı, cavan bir qız mənə yaxınlaşdı:

- Xoş gəlmisiz! Həmişə siz gələsiz. Nədən şikayət edirsiniz?

- Dişim ağrıyır, gözəl!

“Gözəl” sözü xoşuna gəldi. Nazlanıb, saçlarına əl çəkdi:

- Mənimlə gəlin!

Getdim. Üstündə “terapeft” yazılan qapını incə bir jestlə döydü və içəri keçdi:

- Mojna, doktor?

- Zaxadi!

Keçdik içəri. Qız bayaq yazdığı vərəqi onun qarşısına qoydu. Həkim qəşəng idi, çox qəşəng. Qısa geyinmişdi və ətli baldırları adamın gözünü dartıb üstündə saxlayırdı. Qız astaca:

- Doktor Moskvadan gəlib.

Sevindim. Deməli dişimi qoyub, gözümü çıxartmayacaq. Qız getdi, ikimiz qaldıq. Bir xeyli baxışdıq. Məni tər basdı. O da bunu hiss elədi. Gülümsədi:

- Razdevaysa!

- Nə?!

- Razdevaysa!

- Doxdur, mənim dişim ağrıyır, e…

- O boje! – deyib, başını iki əlinin arasına aldı, - Kak ya ustala!

Sonra mənə yaxınlaşdı. Üzümü sığalladı, gözlərimin içinə baxdı. Ağappaq sinəsini yaxınlaşdıranda, qeyri-ixtiyari soyunmağa başladım. Və dilim tutar-tutmaz:

- Kimsə gəlməz ki?

- Ne boys! – deyib, qapını açarla bağladı.

Allah… Bədənim od tutub yanırdı. Üz-gözümü tər basmışdı. Boğuq səslə:

- Di sən də razdevaysa dayna!

- Çevooo?!.

Nitqim tutuldu. Həkim xanım iyrənirmiş kimi məni başdan-ayağa süzdü:

- Tı şdo, manyak?!

Qapını açdı və bayaqkı qızı çağırdı. Qız içəri girəndə məni göstərdi:

- Bu nədi?

Qız gözlərini döydü. Mənə tərəf baxdı:

- Xəstədi, doktor!

- Oyy, Allah, hoysun, Allah!

Bıy! Ə, bu bizimkiymiş ki, ləhcəsi də bal dadır.

- A bajı, qanmayırsınızmı, mənim bu xaravama başdanxaraf gətirmeyin dana! Bezdirifsiniz e, vallah. Götür apar bu manyağı, sox o birilərin gözünə, - sonra mənə baxdı, - Mına, mına, “sən də razdevaysa”. Ölmüsən səni! Elə bircə sən qalmışdın.

O danışırdı, mən geyinirdim. Sonra kağıza nəsə yazdı və çəmxirdi:

- Von!

Otaqdan çıxanda qızdan soruşdum:

- Bu nə həkim idi?

- Qapıda yazılıb də! Terapevti, yəni ürək, ciyər, bağırsaq, böyrək…

- Mənim dişim…

- Yeri! – deyib sözümü kəsdi. O biri qapını döydü. Üstünü oxudum - “Seksopatoloq”.

- Mənim dişim…

Qız məni itələyib içəri saldı. Arıq, sarışın bir gədə bizi görən kimi nazlandı. Qızın əlini öpdü:

- Canım mənim! Bu gün daha gözəlsən. Bunun sirri nədi, qız?

Ətim ürpəşdi. Amma dişin seksopotoloqa nə qədər dəxli olması beynimdə fırlandıqca fırlanırdı. Qız bayaqkı kağızı ona verib, otaqdan çıxdı. Gədə mənə yaxınlaşıb, əl uzatdı:

- Xoş gördük, canım.

Əlini sıxdım və dik atıldım. Bu həkim gədədən elə incə, zərif bir çığırtı qopdu ki, tüklərim biz-biz oldu. İncimiş halda, əlini sığallaya-sığallaya yerinə keçib, dodağını büzdü:

- Kobud! İncitdin məni! Küsərəm haa…

- Ə, niyə küsürsən?

- Kobudsan! – deyib, nazlandı. Bir az incə ol. Əgər bunu Hollandiyada etsəydin, mütləq şillə yeyərdin. Amma mən səni bağışlayıram. Soyun!

Başımı buladım:

- Yox!

- Nə?

- Yox! Bir dəfə soyundum, bəsdi!

- Harda soyundun? O zəhləmgetmiş ifritənin yanında? Kül onun başına! Mənim bir əlimdə olan gözəllik, onun bütün vücudunda yoxdur!

Nəfəsim təngidi. Əlimdən bir xata çıxmamış bayıra çıxdım. Arxadan səsləndi:

- Hara getdin?! Hamınız beləsiz!

Sizi yormaq istəmirəm. O biri otaqları da gəzdim. Nəhayət, İranda işləmiş həkim babasilimin olub-olmamasını soruşdu. Cin vurdu beynimə.

- Ə, dişlə onun nə əlaqəsi var?

Məni danladı:

- Heç gözləməzdim. Özün də savadlı adama oxşayırsan. O anektotu eşitmisən?

- Yox! Mənim dişim ağrıyır, anektod dinləməyə gəlməmişəm!

- Nahaq! Amma deyim. Bax, arxa tərəfdən tək bircə tükümüzü çəkib, qoparsaq nə olur?

- Nə olur, həkim?

- Gözümüz yaşarır!

- Bir az da dərinə getsə dişimiz?

- Ay sağ ol! Savadlı adamlara hörmətim var.

...Nəhayət, diş həkiminə çatdıq. Xırdalan sosiskasına oxşayırdı. Dedi ki, ürəyim gəlməz. İndiyə qədər bircə diş çəkməmişəm. Get evə. Dişinə sapdan-zaddan bir şey bağla, ver arvada. Dartıb çıxardacaq. Mən bacarmaram, sən ağrıyanda, özümdən gedəcəm.

…İndi doxdur Sabirin yanından gəlirəm. Bakıda, texnikumda oxuyub. Dişimi çəkdi. Allah razı olsun. Heç ruhum da incimədi. İstəməsə də cibinə 1-2 manat qoydum.

Amma bayaq getdiyim klinikanın verdiyi hesaba, fakturaya baxıram… 6-7 aya ödəyib qurtara bilməyəcəyəm…

Gedib-gəldiyi yerlərin yolpulunu da mənim üstümə yazıblar.

Özü də dişlə… o biri tərəflərin yerini bilmirlər.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47