Yeni dərs ili ərəfəsində Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyə olunan 6 yaşına çatmış uşaqlar bağçaları tərk ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, paytaxtda fəaliyyət göstərən 309 məktəbəqədər təhsil müəssisəsini bu il 5600 uşaq tərk edib. Onlar yeni dərs ilində ilk dəfə əllərinə çanta alıb məktəbə yollanacaqlar.