12 İyul 2017, 12:42 | Ana Səhifə - Yazılar - “Artek”siz qalan məktəbli
“Artek”siz qalan məktəbli

Vəfa Allahverdiyeva


 Sovet məktəblilərinin hamısının olmasa da, çoxunun bəxti gətirmişdi. 

Yay istirahətini valideynin ətəyindən tutub gəzmədən, onun məzuniyyət vaxtına əsir olmadan, məhz müstəqil şəkildə,  bol-bol əyləncə, müxtəlif millətlərdən olan dostlar əhatəsində, onlarla maraqlı diskussiyada başa vura bilirdi. 


Müasir məktəblinin “Artek” i (məhşur pioner düşərgəsi-müəl.) yoxdur. 

Demək, təkcə istirahətdən məhrum deyil, geniş çevrədə təzə  nəsə öyrənmək, özgə mədəniyyətləri tanımaq, yeni dostlar tapmaq şansı da yoxdur. 

Dörd divar arasında, “çölə çıxma”, “uzağa getmə” qadağası altında nə dost axtarışı! 

Dizinin dibində nə yeni mədəniyyət öyrənmək! 

Başqa millətlərdən, özgə coğrafiyalardan yeni üzlər, yeni isimlər  yoxdur ki, hətta  tətilsonrası boş vaxtlarını da uzun-uzadı məktublaşmalar aparsın; heç olmasa, virtual dünyadan qopsun. Virtual dostlardan əl çəksin. Tanımadığı insanların təhlükəsindən uzaqlaşsın. Bir gün bir almanı, rusu, qazaxı, özbəyi evində qonaq etsin, ölkələrinə dəvət alsın. 

“Artek” kimi bir mühit olmayan yerdə, xaricı dili ünsiyyət əlverişliliyində gözəl mənimsəməkdən də məhrumdur. 

Ucqar bir dağ kəndinin sovet məktəblisi ali məktəb yoldaşları arasında rus dilində cəh-cəh vururkən, rayon mərkəzində təhsil almışlar həmin dildə elementar cümləni zorla  qururdular. 

Sonra çağdaş məktəblinin başına döyürük ki, niyə ingilis, rus  dilini danışmaq səviyyəsində öyrənmir, telefon əyləncəsinə cumursan!

Neyləsin.

Müasir məktəblinin xaricidilli çevrəsimı var? 

Əlləri üstündə əsən, xarici dil məsələsində axsayan ata-anasından başqasınımı görür? 

Elə bil tayı-bərabəri olmayan bir “Artek” tapmışdıq, göndərdik, getmədilər. İngilis, rusdilli uşaqlar var idi, onlarla birlikdə əylənməkdən qaçdılar.

Allah insaf versin, Daxili İşlər Nazirliyinə. Nəzdindəki uşaq istirahət düşərgəsi kütləvi marağı qarşılamaq imkanında deyil. Eləcə də  Gənclər və İdman Nazirliyi. Təşkil etdiyi adda-budda uşaq istirahət düşərgələrində hamıya qapı açılmır. 

Açılsa da,  kütləvi marağı qarşılasa da  belə, biz istəyən tətil modeli, onsuz da bu deyil. 

Keçmiş sovet məktəblisi- bu günün ana-atası öz üşağı üçün ancaq “Artek”in xiffətini çəkə bilər.     

Dünyada Krım yarımadasından daha yaxşı, Azərbaycanda Krımqədər möhtəşəm təbii gözəlliklər var ki, oralarda “Artek” tipli düşərgələr salmaq mümkündür. Hətta cahanın müxtəlif irqli, müxtəlifdilli məktəblilərinə bir arada istirahət imkanı yaradan düşərgələr.

Lakin belə bir proyekt xarici və yerli investorların  tamamilə yadından çıxıb.  

Azərbaycan məktəblilərinin italyan, ispan, rus, ingilis, ərəb...uşaqları ilə Antalya, Bodrum  səyahətində Egeyin, Aralıq dənizinin sularında birgə  üzmək, bərabər sürüşmək, bərabər yemək, hətta dil problemi yoxdursa, epizodik danışmaq, tanış olmaq imkanı var.

Bu da ki, hamının əliçatan imkan deyil. 

Məktəblinin biri maraqlı bir yer görür, coğrafi xəritədən tanıdığı ölkənin insanı ilə qarşılaşa  bilirsə, digəri kənddəki nənəsinin sığal-tumarından, onun qoyun-quzusundan başqa heç nə görə bilmir...   

Həm də millətləri qovuşduran Türkiyə səfasına səyahət uzunmüddətli olmadığından, dünyagörüş, dost qazanmaq, birlikdə yeni bilgilər öyrənmək baxımından nostalji hisslərimiz olan “Artek” modelinə çatmır. 

Uşaqların nəşəsinin mənbəyi olan hovuzlardakı dəhşətli qüsurlar, müasir standartlara cavab verməmək ucbatından baş verən kədərli hadisələr yerli istirahət məkanlarına etibarı get-gedə azaldır-bu məqamda da  məktəblinin tətilini maraqlı etmək  planları suya düşür.     

Təhsilin hər bir məqamında yaxşı biznes qurulurkən, ailəvi istirahət məkanlarından tam ayrı təsnifatda məktəblinin istirahət düşərgələri məsələsi əlverişli biznes predmeti olmalıydı.
 

Hər il ibtidai sinfə qəbula balaca fidanların 90 faizi  pullu hazırlıq kurslarından keçib gəlir. Onların diplomlu anaları ibtidai bilikləri öyrətmək vəzifəsinin öhdəsindən gələ bildikləri halda. 

Biliklərin tez-tez test edilməsi üçün nə qədər sınaq kurslarının biznesi uğurla irəliləyir. Qabaqda tələbə qəbuluna  əməlli illər, zaman olduğu halda. 

Pul qazanmaq hədəfini bir kənara qoyaq, hər birində ailənin işini yüngülləşdirmək faktoru da var. 

100 günlük yay tətilini proqramlaşdırmaqsa ailələrin aciz qaldığı, dövlət, qeyri-dövlət sektorundan kömək ala bilmədiyi  ən müşkül işdir.  

Uzun tətildə uşağı evdə tutub saxlamaq, onun başını nə iləsə qatmaq əməlli əzabdır-böyüklər üçün.   

Bir dağ bölgəsində indiki qiymətlərlə uzağı bir həftə qala bilərsən. 

100 günün  bir həftəsi heçnədir. 

Sonrakı aylar, həftələr, günlər, bəs? 

Səhər durub rezin topu nə qədər yerə döyər, bir velosipedi sağa-sola, aşağıdan yuxarı, və ya əksinə, nə qədər sürər, bir kəndirlə nə qədər atılıb-düşə bilərsən? Səmərəsiz bir əyləncə. 

Tətil tapşırıqları... 

Baş qatmaq üçün yaxşı göstərişdir. 

Bu təkrarlama məcburiyyətinin sonunda da əzablı dərs, məktəb ab-havası var, istirahət yox.  

Bədii ədəbiyyat oxumaq lazımlı olsa da, istirahət təlabatını ödəmir ki, ödəmir. Uzun zamanın bütün hissərələrini əhatə etməsi mümkünsüz...Yalnızca bol-bol əyləncə nisbətində diqqət yaratmaq, sevimli olmaq şansı var. Yoxsa ki indikilərə kitab sevgisi aşılamaq da əzablı bir çabadır.

100 gün sürətlə uçub gedir. Ortada nə səmərəli istirahət, əyləncə var, nə gözlə alınan yeni bilgilər, nə yaxşı dostlar. 

Oğlumun üzündəki kədərli, dilindəki acıqlı ifadə kimi: canım sıxılır...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Batmaqda olan 3 nəfər xilas edildi 31 İyul 2021, 23:19 Komitə Türkiyədəki yanğınlarla bağlı “qaynar xətt” yaratdı 31 İyul 2021, 23:04 Fəlakət zonasının sakinləri dövlətdən yardım alacaq - Ərdoğan 31 İyul 2021, 22:55 Əli Hüseynli: "Azərbaycanın İslam və Türk dünyasında nüfuzu artmaqdadır" 31 İyul 2021, 22:39 “Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05