ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh sazişinin yanvar ayına qədər imzalanmasında israr edir. Kiyev isə Vaşinqtonun həddindən artıq təzyiq göstərəcəyindən ehtiyatlanır.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Çox sürətli hərəkət etmək istəyi var. Həm biz, həm də ruslar bunu başa düşürük. Bunun hansı qiymətə başa gələ biləcəyini də anlayırıq”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev ABŞ tərəfindən ölkəyə həddindən artıq təzyiq göstərilməsindən narahatdır.
Qeyd edək ki, noyabrın 20-də “Financial Times” qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukraynanın Rusiya ilə sülh sazişini yanvarın əvvəlinədək imzalamasını istədiyi barədə məlumat yayıb.
Avropalı mənbələrdən birinin sözlərinə görə, ABŞ bu istiqamətdə ciddi təzyiq göstərir. Bu isə Avropa ölkələrində və Ukraynada razılaşmanın əldə olunması üçün Kiyevin əhəmiyyətli güzəştlərə getməli olacağı ilə bağlı narahatlıqları artırıb.