Modern.az

Latviyanın diplomatı Rusiya XİN-ə çağırılıb

Latviyanın diplomatı Rusiya XİN-ə çağırılıb

Dünya

Bu gün, 17:59

Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb Riqanın Rusiyanın Latviyadakı səfirliyinin əməkdaşları ilə əmək münasibətlərinə xitam verilməsi tələbi olub.

Rusiya tərəfi bu addımın 1994-cü il tarixli sazişə əsasən, 6 minə yaxın şəxsin hərbi pensiyalarının ödənilməsini mümkünsüz edəcəyini bildirib.

Latviya diplomatına danışıqların bərpası təklifini və yaranacaq humanitar nəticələrin qiymətləndirilməsini əks etdirən nota təqdim olunub.

Moskva qeyd edib ki, bu ödənişlər bir çox pensiyaçının yeganə gəlir mənbəyidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı