29 Noyabr 2017, 12:34 | Ana Səhifə - Yazılar - Ərdoğana mənəvi borcum...
Ərdoğana mənəvi borcum...

Vəfa Allahverdiyeva 

Zövq deyəndə, ağlımızdakı ilk fikir geyimlə, əşya ilə bağlı olur. Lakin musiqi də, kitab da,  teatr tamaşası da, film də bir zövq məsələsidir-kim necəsinə dinləyicidir; Hansının oxucusudur; Necə birinin seyrcisidir.  

Hər şey burdan başlayır. Əgər bu zövq ailədə stabil və qabarıq üzə çıxan olursa, yoluxucu bir xüsusiyyəti varmış kimi,  uşağın da zövqünü formalaşdırır. Yəni, səninki də sənə oxşayır.  

Birisinə dedim ki, Ərdoğana mənəvi borcum var. 

Məhz onun xüsusi göstərişi ilə çəkilən və nəzarət edilən tarixi filmlər evimizdə fərqli ab-hava, inanılmaz bir psixoloji rahatlıq, gözəl bir mühit yaradıb.  Nə mübaliğədir, nə lovğalıq. 

Razılaşmadı. Fikrincə, Ərdoğan olmasa da, bu filmlər çəkiləcək idi. 

Etirazımsa: Ərdoğana qədər Türkiyədə çəkilən filmlərin mövzusu qanla, qisasla, xəyanətlə bitən eşq idi, ədəbsiz kəlmələrlə bol, uğunub gedə biləcəyin komediyalar idi.

Bəsit, fantastik, ucuz ailə-məişət mövzusu. Hansı ki, elə  bu gün də çəkilir, uzun-uzadı. Biri bitir, biri başlayır. Ailə olaraq  tamaşaçısı deyilik.  

Çünki və nə yaxşı ki  alternativ mövzular, faydalı  ssenarilər də var. 

“Payitaht Abdulhamid” və “Diriliş Ərtuğrul” diziləri siyasətlə maraqlanan, tarixi sevən, yəni sanballı auditoriyaya hesablanan, eyni zamanda, gəncliyə xitabət hədəfi daşıyan ciddilik etibarılə ağır filmlərdir. 

Boş zamanımızı dolduran sıradan bir məşğuliyyət, film xatirinə qarşısında oturduğumuz yaradıcı iş deyil. 

Əksinə, bizi özünə  zaman ayırmağa məcbur edən, bizdən bütün iş-gücü və ağlı babat kəsən məktəblini nəzərdə tutaraq, dərs tapşırıqlarını onun başlanmasına qədər bitirmə planı istəyən nəhəng bir yaradıcılıq məhsuludur.  

Hər seriyaya səbirsiz bir gözlənti, hər həftənin eyni günlərində ailə içində keçmişə “getməy”ə   əməlli-başlı hazırlıq var. Bu cazibə tarixlə, tarixdən çoxsa, işin professional aspektləri  ilə bağlıdır.  

İdeoloji təbliğat -istedadlı komanda tandemi film müstəvisində millətin keçmişini, dörd tərəfi sarmış düşmənlə mücadiləsini, mənəvi  dəyərlərini, ailə ənənələrini, gözəl rituallarını elə təqdim edir ki, ovsunlanır, əməlli-başlı təsir altına düşür, bir gün ayılıb görürsən ki, sən özün bir yana,  evində böyüyən uşaqlar, tarixin “xəstə”sinə çevrilib. 

Gecə yuxusuna təslim olduqda, səhər mütləq qaldığı fraqmentdən sonranı internet üzərindən izləyir, flaqmanı acgözlüklə axtarır. Təkrar-təkrar baxır, çünki ordakı kəlmələrin vurğusunu, hikmətini belə, bəyənir. 

Filmdən sadəcə, zövq almır, eyni zamanda və başlıcası da budur ki, aldığı zövqün nəticəsində müstəqil şəkildə “Osmanlı”ya aid hər şeyi araşdırmağa meyllənir. Qonşunun uşağı çöldə qan tər içində dalaşa-dalaşa futbol oynarkən, internetdə yaşına zidd müxtəlif xarakterli səhnələrə baxarkən,  səninki əlindəki telefonda Ərtuğrulun gücünü, Abdulhəmidin siyasət zəkasını izləyir.  Uşağın gündəlik qrafikini, nə qəribə və nə gözəl ki, bu filmlər müəyyənləşdirir.   

Kompyuterin, telefonun yaddaşında saxlanılan axtarış komandasının məzmunundan dərk edirsən ki, Osmanlı dönəmi ciddi şəkildə sənin uşaqlarının maraq obyektinə çevrilib. 

“Osmanlı” nədən bu adla öz ismini altı əsrlik bir dönəmə sığışdırıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ingilis elitasına meydan oxuyan, Qərb dünyası ilə boğuşan  Abdulhamid hansı Abdulhamiddir-birinci, yoxsa ikinci, daha nə qədər əlaqəli, tapmaca  sualların cavabı uşağın  araşdırması ilə açılıb ailənin məlumat bazasına daxil olur.   

Evindəki uşaq mübaliğə olmasın, müəllimdən belə, əhatəli bilgi sahibinə çevrilir. Çünki ilk Osmanli sultanının kimliyindən tutmuş, son sultanın adına kimi, yəni imperiyanın nəsil zəncirini arada qırılmış sadalasa da, bu siyasi şəcərəni tapıb oxuduğu üçün tanıyır, artıq. 

Onların neçə övladı olub, hansı hökmdar hansı ərazini tutub, hansı sultan torpağın hansı kəsimini uduzaraq itirib-hamısına vaqifdir. 

Dövlətin ayrı-ayrı dönəmlərdə böyüyən və kiçilən sərhədlərini belə, xəritə üzərində cizgiləndirə bilir. 

Osmanlının lik dönəmləri ilə son dönəmlərindəki geyim, məişət fərqlilikləri, millətin tədricən modernləşməsi belə gözdən qaçmır və uşağa mühakimə həvəsini, qabiliyyətini ortaya qoymağa imkan verir.   

Beləcə, bir filmdən alınan pozitiv enerji eyni rənglərlə, simvolik işarələrlə sabit qalmayan bayrağın indiki qırmızı ipək üzərində ay, ulduz halının hansı hökmdarın dövründən qəbul edilib bu günlərə daşınmasına, hərbi marşlarla tanışlığa qədər bütün bilgilərin izinə salır.

 Tarix kitablarının gündəlik dərs prosesində öyrətdiklərinə o qədər zəngin bilgilər qarışır ki, uşaq öz məktəb yoldaşlarından belə fərqlənir. Burada lovğalıq əlaməti axtarılmasın, lütfən. Söhbət tarixin istedadlı təqdimatından, ağıllı, düşünülmüş təşviqindən, yaxşı zövq formalaşdırmasından, yetişməkdə olan gəncliyə aşılaya bildiyi pozitivliyə diqqət verməkdən gedir.     

Onlar “Aşk və mavi”, “Kara sevda”...ilə hafizəyə xeyirli, faydalı bir ibrət, nümunə, bilgi qoya bilmədikləri halda, səninki yaddaş sandığına o qədər tarixi bilgilər toplayır ki...bu iki filmin sayəsində müstəqil, yəni öz xoşu ilə xeyli məlumat mənbələrinə baş vurmaqla. 

Üstəlik, alınan zövqün bir ucunda tarixə dair yoldaşlar arasında və ailə ortamında müzakirə açmaq, fikir söyləmək həvəsi də gəlib dayanır.    

Çağdaş dünyanın uşaqlarını, gənclərini telefon, internet, min cür bəlalar öz təsiri altına aldığı halda, şükür edirsən ki, bu əlləm-qəlləm zamanda səninkini dövlətin nəhəng bir epopeya olan tarixi, tarixi filmlər öz təsiri altına salır, hələlik. 

Uşaq zehninin xəritəsində fenomenal bir dövrün gərəkli bilgiləri, faydalı mövzular yerləşir. Və bu, zəmanənin hazırkı narahat halı, “n” qədər yaramaz təşviqat nümunələri  fonunda ailə həyəcanını dəf edən, gələcək üçün hər gün keçirilən qorxunu azaldan xoş bir əlamətdir.  

Gerçəkdən də Ərdoğana niyə mənəvi borcum olmasın ki. Mənəvi borcsa, dodaqları qaçırmasın-bu, sadəcə bir minnətdarlıq duyğusudur. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:40 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:32 Kəlbəcər yenə atəşə tutuldu:  İtkimiz yoxdur 4 Avqust 2021, 18:21 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA   4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22 Deputat Olimpiya çempionu oldu 4 Avqust 2021, 16:18 Tanışını öldürmək istəyələrin işi məhkəməyə göndərildi 4 Avqust 2021, 16:06 İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi   4 Avqust 2021, 15:54 Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı 4 Avqust 2021, 15:37 Füzulidə daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Avqust 2021, 15:36 Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirilib 4 Avqust 2021, 15:21 Daha 3 qazimiz Türkiyəyə göndərildi 4 Avqust 2021, 15:19 Prezidentdən 7 milyonluq sərəncam 4 Avqust 2021, 15:15