Modern.az

Gələn il müəllimlərin maaşı artacaq, məktəblər təmir olunacaq 

Gələn il müəllimlərin maaşı artacaq, məktəblər təmir olunacaq 

Parlament

Bu gün, 12:50

Bir müddət əvvəl 2027-ci il üçün dövlət büdcəsinin ayrı-ayrı istiqamətlər üzrə proqnozlaşdırılan xərcləri açıqlanıb. Ümumilikdə, 42400,0 milyon manat (ÜDM-in 30,1 faizi) həcmində proqnozlaşdırılan xərclərin 5098,2 milyon manatının (xüsusi çəkisi 12,0 faiz) təhsilə ayrılması nəzərdə tutulub.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsilə ayrılan vəsait əvvəlki illərlə müqayisədə artıb:

"Son illər təhsil Azərbaycanda ən çox vəsaitin ayrıldığı sahədir. Bu gün dövlətimiz bu sahədə çox böyük diqqət və qayğı göstərir. Bu il də təhsil büdcəsinin beş milyarddan artıq olması dövlətimizin bu sahəyə xüsusi diqqətini və qayğısını göstərir".

                

Deputatın fikrincə, əsas prioritet kimi, təmirsiz məktəblər götürülməlidir:

"Düşünürəm ki, əsas gücü  təmirsiz məktəblərlə bağlı məsələyə yönəltməliyik. 400-ə yaxın məktəbimiz təmirsiz vəziyyətdədir. Eləcə də təhsilin elektronlaşdırılması məsələsi prioritet olmalıdır. Hesab edirəm ki, universitet və məktəb müəllimlərinin maaşının artırılması məsələsini biz ümumi diqqətdə saxlamalıyıq. Təbii ki, dərsliklərlə bağlı məsələ də prioritet olmalıdır. Həmçinin əsas məsələlərdən biri sosial təminat məsələsi olmalıdır"- deyə deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı