Modern.az

Lavrovla Rubionun görüş vaxtı açıqlandı

Lavrovla Rubionun görüş vaxtı açıqlandı

Dünya

Bu gün, 14:50

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək.

Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Logvinov bildirib.

Diplomat qeyd edib ki, Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Rubio ilə görüşü planlaşdırılıb.

“Mənim bildiyimə görə, Sergey Lavrovun Marko Rubio ilə görüşü sentyabrın 23-nə planlaşdırılıb”, – deyə Logvinov vurğulayıb.

Lavrovun Baş Assambleyanın kuluarlarında digər Qərb ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlərinin keçirilməsi perspektivləri barədə suala cavab verən Logvinov bildirib ki, müvafiq müraciətlər daxil olacağı təqdirdə, Rusiya tərəfi tərəfindən nazirin Nyu-Yorkda olacağı müddətdəki qrafiki nəzərə alınmaqla nəzərdən keçiriləcək.

“Biz heç vaxt görüşlərdən imtina etməmişik”, – deyə diplomat bildirib.

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri sentyabrın 22-də Nyu-Yorkda başlayıb. Təxminən 130 dünya liderinin iştirak etdiyi yüksək səviyyəli həftə sentyabrın 28-dək davam edəcək. Ümumi debatlar sentyabrın 22-dən 26-dək keçiriləcək.

Sessiyada Yaxın Şərq və Ukraynadakı davam edən münaqişələr, süni intellekt və BMT-nin gələcəyi ilə bağlı məsələlər əsas müzakirə mövzuları arasında olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı