Modern.az

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament

Bu gün, 14:00

Modern.az xəbər verir ki, bu, komitənin 2026-cı ilin payız sessiyası üçün təsdiqlənmiş iş planında əksini tapıb.

Görüşün noyabr ayında keçirilməsi nəzərdə tutulur.

İş planına əsasən, sessiya müddətində işğaldan azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri də təşkil olunacaq.

Bundan başqa, gənclərin elm, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Komitə “Sağlam gənclik – sağlam gələcək” mövzusunda zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici tədbir keçirəcək, həmçinin idman federasiyalarında səyyar görüşlər təşkil edəcək.

Ali təhsil müəssisələrində və regionlarda “Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi” mövzusunda gənclərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Dekabr ayında isə Azərbaycan Respublikasının Gənclər Fondu ilə təqdimat və hesabat xarakterli görüş keçiriləcək.

Komitə payız sessiyası ərzində “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsi haqqında” qanun layihəsini, eləcə də qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan digər layihələri müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı