01Fervral | Ana Səhifə - Yazılar - Bu da molla
Bu da molla

Hidayət Elvüsal 

Özümü danlayıram. Deyirəm ki, əl çək bu arkadaşların bəzi-bəzi işlərindən. Olmur. Durub-durub, elə söz danışır, elə iş görürlər ki, olmur, atam balası.

O gün yazmışdım. Yazmışdım ki, xəstəxanalarda imamlar, yəni mollalar həkimlərlə əl-ələ verəcəklər. Biri kef-damaq vəd edəcək, o biri qəbir əzabı. Yəni xəstə, başının üstündə həm həkim görəcək, həm də molla. İşin üzü bəri olanda həkim güləcək.o tərəfə olanda molla sevinəcək ki, müştəri tutub. Amma işin üzü ortaya olanda həkim də, molla da canlarından bezəcək.

Və iki-üç gün bundan qabaq gözəl-göyçək bir xanım nələr dedi, yarəb. Bu əxlaqlı, abırlı, həyalı, tərbiyəli, hətta başı hicablı qadın, yəni Hilal Kaplan adlı bir yazar dedi və yazdı ki, madam gözəlim ölkəmiz dini qaydalarla idarə olunmağa başlayıb, “Gənəl evlər” də kənarda qalmamalıdır. “Gənəl evlər”, yəni çox-çox üzr istəyirəm fahişəxanaların digər adıdır ki, bundan sonra “GE” yazacağıq.

Hə, bu abırlı xanım yazır ki, GE-lərdə də imam, yəni molla ştatı olmalıdır. Buraya gələn müştəri cibinə və zövqünə uyğun qadın seçəndən sonra kassaya pul ödəyib, mollanın qarşısında dayanmalıdır. Molla da onlara “vremenni” nigah “aformut” eləməlidir ki, hər şey, halal, şəriətə və mərifətə uyğun olsun. Sevişmə başa çatandan sonra müştəri yenidən molla ilə görüşməli, nigahı geri oxutdurmalıdır. Bax belə!

Halal olsun Kaplan xanıma! Başımdakı hicab onun nə qədər abırlı, həyalı olmasının bir nişanəsidir. Amma…

Neynəsin Kaplan anası ölmüş?! Elə Böyük Millət Məclisində bir AKP-li deputat lap gül vurdu. Dedi ki, “nərdivan altında”, yəni gizli şəkildə fahişəlik edənlər də aşkar edilməli və vergi ödəməlidirlər. Düz deyir dəə…

Tək qazanıb, tək yeyirlər, deputat qalır kənarda. Büdcə dolmur.

Heyif deyildi İstanbul fahişəxanalarının sahibəsi Manukyan. Kopay oğlunun ermənisi dövlətə ən çox vergi ödəyən axçi idi. Hamının yanında hörməti vardı. Hətta onun həyatından bəhs edən bir səhnə əsəri də meydana gəldi və onun təşəbbüskarı abırlı-həyalı bir qadın idi. Manukyanı çox sevirmiş, fanatıymış, o vaxt uşaq olub, üz-üzə görüşməyib. Nə isə!

Hə! İndi xəstəxanalar, məktəblər, idarə, müəssisə və GE-lər mollasız qalmayacaq. Dinə, imana hörmət olunacaq. Abır-həya gözlənəcək. Bütün haram işlər mollanın bircə duası ilə halal olacaq. Kadr çatışmazlığından isə söhbət gedə bilməz.

Orada o qədər imam, dərviş, molla, falabaxan, cinçıxaran… vaar…

Amma bir məsələni bilmədim. Əgər bir GE qadını gündə beş-altı müştəri qəbul edərsə, molla hərəyə bir nigah bağlamalıdır, yoxsa bir nigahla beş-altı müştəri yola sala bilərlər?

Elə-belə soruşdum. Mırta…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Abşeronda orta məktəbdə bıçaqlanma  7 Dekabr 2019, 00:48 “Ermənilər Bakıda” videosunu çəkənlər danışdı - VİDEO 7 Dekabr 2019, 00:33 İraqda nümayişçilər güllələndi 7 Dekabr 2019, 00:14 Bakıda "Gelandewagen" üç maşını əzdi 6 Dekabr 2019, 23:48 Yaşayış binasında partlayış: 5 nəfər öldü 6 Dekabr 2019, 23:29 Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO 6 Dekabr 2019, 23:15 “Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı 6 Dekabr 2019, 22:56 Azərbaycan neftinin qiyməti dəyişdi 6 Dekabr 2019, 22:43 Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?