Modern.az

Ramiz Mehdiyevin biblioqrafiyası çap olunub

Ramiz Mehdiyevin biblioqrafiyası çap olunub

18 Sentyabr 2009, 11:06

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin biblioqrafiyası çap olunub. «Şərq-Qərb» mətbəəsində çap olunan biblioqrafiyada fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Beynəlxalq Sülh Mükafatı laureatı, həqiqi dövlət müşaviri Ramiz Mehdiyevin 25 kitabı, 200-ə yaxın məqaləsi, o cümlədən xaricdə buraxılmış 6 əsəri ilə yanaşı, redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər də sadalanır, ictimai-siyasi fəaliyyəti haqqında yazılmış məqalələr təqdim olunur. Biblioqrafiya akademik R.Mehdiyevin 1964-2009-cu illərdəki elmi yaradıcılığını əhatə edir. “Azərbaycan” qəzeti yazır ki, yəşrə alimin həmin illərdə Azərbaycan, rus, ingilis, türk və digər dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında, dövri mətbuatda işıq üzü görmüş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilib..

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi