Modern.az

İsveçdə parlament seçkiləri keçirilir

İsveçdə parlament seçkiləri keçirilir

Parlament

13 Sentyabr 2026, 17:11

İsveçdə parlament seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, Reutersin məlumatına görə, Maqdalena Anderssonun rəhbərlik etdiyi sol mərkəzçi müxalifət Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi sağ blok üzərində cüzi üstünlüyünü qoruyur. Lakin son həftələrdə tərəflər arasındakı fərq azalıb.

Seçkilərin əsas maraq doğuran məqamlarından biri ifrat sağçı “İsveç Demokratları” partiyasının hökumətdə iştirakı ola bilər. Sağ blok qalib gələcəyi təqdirdə, partiyalar Kristerssonun rəhbərliyi ilə dördpartiyalı hökumət formalaşdırmaq barədə razılığa gəliblər.

Seçkilərin nəticəsi həmçinin “Liberallar”ın 4 faizlik seçki baryerini keçib-keçməyəcəyindən asılı olacaq.

Hər iki blok Ukraynaya dəstək verilməsinin və müdafiənin gücləndirilməsinin tərəfdarıdır. Bununla belə, tərəflər miqrasiya, sosial xərclər, vergilər və yeni nüvə reaktorlarının tikintisi məsələlərində fərqli mövqelərə malikdirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib