Modern.az

İstanbulda avtobus yanıb, ölənlər var

İstanbulda avtobus yanıb, ölənlər var

Dünya

13 Sentyabr 2026, 23:17

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb.

İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir - İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.

Ətrafdakıların xəbərdarlığı əsasında hadisə yerinə yanğınsöndürən, tibb və polis qrupları cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!