Modern.az

Keçmiş mətbuat katibinə sanksiya tətbiq etdi

Keçmiş mətbuat katibinə sanksiya tətbiq etdi

Dünya

13 Sentyabr 2026, 22:55

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-2021-ci illərdə onun mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendelə qarşı sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

Mendel Ukrayna və Rusiya vətəndaşlarından ibarət 10 nəfərlik siyahıya daxil edilib. Kiyev bu şəxsləri dezinformasiya və Rusiya təbliğatının yayılmasında, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəkləməkdə ittiham edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?