Modern.az

Səfərin ləğvindən narahat deyiləm

Səfərin ləğvindən narahat deyiləm

Dünya

13 Sentyabr 2026, 18:29

Si Cinpinin ABŞ-a mümkün səfərinin ləğv edilməsindən narahat deyiləm.

Modern.az xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Tramp rlandiyadakı qolf klubunda jurnalistlərlə müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə Çin lideri ilə yaxşı münasibətləri var.

ABŞ Prezidenti həmçinin Çinin son iki ildə ABŞ-yə qarşı çox ədalətli davrandığını deyib.

Rəsmi Vaşinqton bir neçə dəfə açıq şəkildə 2026-cı ilin payızında Çin liderinin ABŞ-a cavab səfərinə ümid etdiyini açıqlayıb. Tramp mayın 14-15-də Pekinə səfər edib. Xatırladaq ki, Si Cinpinin sentyabrın 24-də ABŞ paytaxtına gələcəyi gözlənilirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!