Modern.az

Əhməd Əl Şaraa Hakan Fidan regional məsələləri müzakirə edib

Əhməd Əl Şaraa Hakan Fidan regional məsələləri müzakirə edib

Dünya

13 Sentyabr 2026, 21:29

Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib və regiondakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin ortaq maraqlara xidmət edən, eləcə də bölgədə təhlükəsizlik və sabitliyi dəstəkləyən koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?