Modern.az

Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka buraxılıb

 Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka buraxılıb

23 Sentyabr 2009, 18:04

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovanın 100 illiyinə həsr olunmuş yeni marka təqdim edib.
Şərqin ilk qadın təyyarəçisi kimi tanınan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Yetkinlik yaşına çatmayıb dörd uşaq anası (uşaqlarının sayı cəmi altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə alıb. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayıb. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. L. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırıb.
"Azərmarka" şikətindən bildirilib ki, 100 tirajla buraxılmış markaların nominal dəyəri 20 qəpik təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...