Modern.az

Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

İqtisadiyyat

23 Sentyabr 2026, 11:15

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb.

Modern.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında qeyd olunub ki, illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Bu göstərici iyulla müqayisədə 0,1 faiz bəndi aşağıdır.

Avqustda illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub.

AMB qeyd edib ki, illik baza inflyasiya 5,1% təşkil edib.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində qalacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Bununla yanaşı, AMB qlobal geosiyasi qeyri-müəyyənlik, enerji və ərzaq qiymətlərinin artması, eləcə də xarici qiymət artımlarının daxili bazara ötürülməsi risklərinin qalmaqda davam etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?