06Noyabr | Ana Səhifə - Yazılar - Elmar Məmmədyarova bunu sormaq lazımdır e...
Elmar Məmmədyarova bunu sormaq lazımdır e...

Fazil Mustafa,
Milli Məclisin üzvü

Ötən həftə bütün dilsevərlərimiz elliklə düşdü xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir. Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun, neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?".

Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar, bir adam niyə yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?

Evdar-işdar qadınlarımızın çoxu hind-türk-braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edirlər, indi də xeyli sosial şəbəkə, instaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir, bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsinin danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?

Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib?

Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?

Demək bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, xarici işlər nazirliyimiz səfirlik içi münaqişənin, mübahisənin Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır e...

Ukraynanın daxili işlər naziri Arsen Avakyan vəzifəyə gələndən bəlkə də bu qədər sevinməmişdi, axı adam Azərbaycan diplomatiyasının bu təntənəsinə necə duyarsız qala bilər ki...Vəsaitin mənimsənilməsi faktı varsa, bunu Azərbaycanın hüquq-mühafizə orqanları, maliyyə nəzarəti qurumları yüksək peşəkarlıqla ortaya çıxara bilərdi, əgər keçmiş səfirə qarşı indiki səfir tərəfindən böhtan, qərəz aksiyası olardısa, yenə də məsələni aydınlaşdıra bilərdilər, ancaq mövcud səfirimizin Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, sənədlərlə bağlı məhkəmə qərarı ilə keçmiş səfirin evindən səfirliyə aid sənədlərin götürülməsi dövlətçilik barədə danışılanların bu nazirliyimizin strukturlarında şüarçılıqdan başqa bir şey olmadığını göstərir.

Mən tərəflərdən kiminsə haqlı-haqsızlığını söyləyəcək qədər bilgiyə sahib deyiləm, sadəcə bir səfirliyin nümunəsində xarici siyasət müəssisəmizin acınacaqlı durumunu müşahidə edirəm. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru İSTEFA VERDİ 11 İyul 2020, 12:31 Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOLAR 11 İyul 2020, 12:27 Azərbaycan Türkiyəyə uçuşların sayını ARTIRDI 11 İyul 2020, 12:22 Bakının bu küçəsində hərəkət dayandırılır 11 İyul 2020, 12:15 Koronavirusa yoluxan jurnalist SAĞALDI 11 İyul 2020, 12:09 İTBAŞI (8-ci bölüm) 11 İyul 2020, 12:02 Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi - FOTO 11 İyul 2020, 11:55 Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib 11 İyul 2020, 11:49 Nazirliyin gəlirləri kəskin azalıb 11 İyul 2020, 11:42 Kürdə batanlardan birinin meyiti tapıldı 11 İyul 2020, 11:35 Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO 11 İyul 2020, 11:29 Azərbaycan nefti bahalaşdı 11 İyul 2020, 11:22 Sonuncudan əvvəlki - ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR 11 İyul 2020, 11:15 UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir 11 İyul 2020, 11:07 Koronaviruslu xəstələr üçün yeni oksigen generatoru işə salındı - FOTO 11 İyul 2020, 11:00 Prezident Cahangir Əsgərovla bağlı sərəncam İMZALADI 11 İyul 2020, 10:53 Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı… 11 İyul 2020, 10:45 Türkiyədə müalicə alan deputatdan XƏBƏR VAR 11 İyul 2020, 10:37 Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO 11 İyul 2020, 10:30 Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi 11 İyul 2020, 10:22 Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - FOTO 11 İyul 2020, 10:15 Mal-qara oğurlayan qəssab tutuldu - FOTO 11 İyul 2020, 10:08 Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı 11 İyul 2020, 10:00 Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır 11 İyul 2020, 09:54 Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı 11 İyul 2020, 09:48 Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı 11 İyul 2020, 09:40 Sumqayıtda yataqxanada yandı 11 İyul 2020, 09:34 Aya Sofyada ilk Cümə namazı bu tarixdə qılınacaq 11 İyul 2020, 09:27 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 11 İyul 2020, 09:20 Yeni başçı Nizaməddin Quliyevin kadrını işdən çıxartdı 11 İyul 2020, 09:13 Facebook siyasi reklamı qadağan edir 11 İyul 2020, 09:07 NASA və Yaponiya Ayı birgə tədqiq edəcək 11 İyul 2020, 09:00 Agentlik ittihamlara cavab verdi 11 İyul 2020, 00:53 İsrail kosmosa yeni peyk buraxdı 11 İyul 2020, 00:37 Prezident Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərini artırdı 11 İyul 2020, 00:26