İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Modern.az xəbər verir ki, Pezeşkian bu gün, sentyabrın 22-də səhər saatlarında vitse-prezident Məhəmməd Rza Arif, İranın ali rəhbərinin beynəlxalq əlaqələr üzrə müavini Höccətülislam vəl-müslimin Möhsün Qumi, həmçinin hökumətin bir sıra üzvləri tərəfindən rəsmi şəkildə yola salınıb.
İran prezidenti səfəri çərçivəsində BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
Pezeşkian həmçinin Baş Assambleyasına qatılan bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.
Bundan əlavə, İran prezidentinin siyasi və mədəni dairələrin tanınmış nümayəndələri və nüfuzlu şəxsləri ilə görüşlərinin də keçiriləcəyi bildirilir.