Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Modern.az-ın məlumatına görə, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,2-1,3 dəfə çoxdur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan bildirilib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır.
Qeyd olunub ki, toz cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Mövcud meteoroloji vəziyyətdən asılı olaraq, tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.