Modern.az

SOCAR benzin və dizelin qiymətini qaldırdı - Gürcüstanda

SOCAR benzin və dizelin qiymətini qaldırdı - Gürcüstanda

İqtisadiyyat

Bu gün, 11:12

Beynəlxalq birjalarda neftin qiymətinin artması fonunda Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb.

Modern.az xəbər verir ki, son bir həftə ərzində Gürcüstanda fəaliyyət göstərən, demək olar ki, bütün brend yanacaqdoldurma məntəqələrində müxtəlif yanacaq növlərinin qiyməti 3-16 tetri artıb.

Bildirilir ki, neft məhsullarının idxalı və satışı ilə məşğul olan bəzi şirkətlərin internet saytlarında dərc olunan qiymət arxivləri yanacağın müxtəlif şəbəkələrdə nə vaxt və nə qədər bahalaşdığını izləməyə imkan verir.

SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində qiymətlər sonuncu dəfə sentyabrın 10-da dəyişdirilib. Avqust ayından etibarən şirkətin yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiyməti 3-10 tetri arasında artıb.

Hazırda SOCAR yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri belədir:

Nano Super - 4,40 lari; artım 10 tetri;

Nano Premium - 3,95 lari; artım 4 tetri;

Nano Euro Regular - 3,75 lari; artım 3 tetri;

Euro 5 Diesel - 4,48 lari; artım 8 tetri;

Nano Euro 5 Diesel - 4,58 lari; artım 8 tetri.

Beləliklə, Gürcüstanda yanacağın qiymətində son həftələrdə artım tendensiyası davam edir. Bahalaşmanın beynəlxalq bazarlarda neftin qiymətinin yüksəlməsi ilə əlaqəli olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı