Modern.az

Azərbaycanda keçmiş bank işçilərinə məhkəmə hökmü oxunub

Azərbaycanda keçmiş bank işçilərinə məhkəmə hökmü oxunub

Təhsil

29 Sentyabr 2009, 14:10

Sentyabrın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mərkəzi Bankının sabiq əməkdaşlarına hökm oxunub. Məhkəmənin hökmü ilə Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva 3, kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilova əmlakı müsadirə olunmaqla 6, xəzinədarlar Şəhnaz Səmədova 8, Nazilə Bağırova 8 və Könül İsmayılova 8 il azadlıqdan məhrum edilib, Səbinə Məmmədovaya isə 2 il şərti cəza verilib. Hacıyeva və Cəlilov 2, Məmmədova 1, digərləri isə 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum ediliblər.
Cinayətkarlar Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyiblər.
Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri tutulub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir