Modern.az

Məşhur reper atəş açdı - mühafizəçini yaraladı, işçilərini döydü

Məşhur reper atəş açdı - mühafizəçini yaraladı, işçilərini döydü

Dünya

Bu gün, 14:42

Rusiyalı reper Ciqan (əsl adı Denis Ustimenko) Moskva vilayətindəki evində silahla atəş açaraq mühafizəçini yaralayıb və evin əməkdaşlarını saatlarla içəridə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası və “Mash” Telegram kanalı məlumat yayıb. 

Məlumata görə, reper karabin götürərək evin əməkdaşlarını qonaq otağına toplayıb və onları müxtəlif cinayətlərdə ittiham etməyə başlayıb. Onun ətrafındakı insanlara qarşı şübhəli münasibət sərgilədiyi və onları özünə qarşı hərəkətlərdə ittiham etdiyi bildirilir.

Rusiya mediasının yazdığına görə, Ciqan mühafizəçilərdən birini uşaqlara qarşı zorakılıqda ittiham edib. O, silahı həmin şəxsin başına tuşlayaraq etiraf etməsini tələb edib. Daha sonra mühafizəçiyə qaçması üçün bir neçə saniyə vaxt verdiyi və atəş açdığı iddia olunur. Nəticədə həmin şəxsin qolundan və ayağından yaralandığı bildirilir.

Digər əməkdaşların da müxtəlif ittihamlara və zorakılığa məruz qaldığı, onların təxminən 10 saat ərzində evdən çıxmasına imkan verilmədiyi qeyd olunur. Hadisə zamanı reperin uşaqlarının evdə olduğu və onların şkaflarda gizlənərək baş verənlər barədə anaları Oksana Samoylovaya məlumat verdiyi yazılır.

Atəş səslərini eşidən qonşular polisə və qəsəbənin mühafizə xidmətinə xəbər veriblər. Sonradan Ciqanın zərərsizləşdirildiyi bildirilir. 

Məlumata görə, hadisədən sonra reper İsraildəki reabilitasiya mərkəzlərindən birinə göndərilib. Onun hazırda da İsraildə müalicə aldığı barədə məlumatlar var. 

Ciqanın keçmiş həyat yoldaşı Oksana Samoylovanın hadisənin baş verdiyini təsdiqlədiyi bildirilir. Hadisə zamanı onun xaricdə olduğu, xəbəri aldıqdan sonra Moskvaya qayıtdığı qeyd olunur.

İyul ayında baş verə hadisənin yalnız bir neçə ay sonra, 23 sentyabrda geniş ictimaiyyətə məlum olması diqqət çəkir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilərdən Putinə həyasız çağırış - Qarabağı bizə qaytar!