Modern.az

Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər

Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər

Parlament

23 Sentyabr 2026, 16:18

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.

Modern.az xəbər verir ki, ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!