Modern.az

Ərdoğanla süni intellekt fotosu paylaşan şəxs saxlanıldı

Ərdoğanla süni intellekt fotosu paylaşan şəxs saxlanıldı

Aktual

Bu gün, 15:53

Ankarada süni intellektlə özünün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ədliyyə naziri Akın Gürleklə birlikdə şəklini hazırlayıb paylaşan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Ankara prokurorluğunun apardığı araşdırma zamanı Mehmet Çakmakın “WhatsApp” statusunda Ərdoğan və Akın Gürlekin fotolarının yanında süni intellekt texnologiyası ilə hazırlandığı ehtimal edilən öz şəkillərini paylaşdığı müəyyənləşdirilib.

İstintaqın məlumatına görə, həmin paylaşımlarla şübhəlinin dövlət məmurları ilə əlaqələrinin olduğu və onların yanında nüfuz sahibi olduğu barədə yanlış təəssürat yaratmağa çalışdığı qiymətləndirilib.

Mehmet Çakmak sentyabrın 23-də Ankaranın Keçiören rayonundakı ünvanında saxlanılıb. Onun barəsində “nüfuz alveri” və “cəmiyyətdə narahatlıq, qorxu və ya təşviş yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatları açıq şəkildə yaymaq” maddələri üzrə araşdırma aparılır.

Türkiyə mediasının məlumatına görə, 1973-cü il təvəllüdlü Çakmakın dörd ayrı cinayət qeydinin olduğu bildirilir. O, istintaq çərçivəsində hüquqi prosedurların aparılması üçün aidiyyəti orqanlara təhvil verilməyə hazırlanıb.

İstintaq davam edir. Hüquq-mühafizə orqanları süni intellekt vasitəsilə hazırlanmış görüntülərin hansı məqsədlə yaradıldığını və necə yayıldığını araşdırırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilərdən Putinə həyasız çağırış - Qarabağı bizə qaytar!