Modern.az

Rusiya hərbi helikopteri Polşanın hava məkanına daxil olub

Rusiya hərbi helikopteri Polşanın hava məkanına daxil olub

Ölkə

Bu gün, 16:33

Rusiyaya məxsus Mi-8 hərbi helikopteri Kalininqrad vilayəti istiqamətindən Polşanın hava məkanına daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb. Komandanlığın bildirdiyinə görə, helikopter Polşa hava məkanında 42 saniyə qalıb və sərhəddən təxminən 300 metr içəri keçib.

Hadisəyə cavab olaraq Polşa qırıcıları havaya qaldırılıb, quruda yerləşən müdafiə qüvvələri hazır vəziyyətə gətirilib. Polşa tərəfi insidenti Rusiyanın ölkənin hava hücumundan müdafiə sisteminin hazırlığını yoxlamaq cəhdi kimi qiymətləndirib.

Rusiyanın Varşavadakı səfirliyindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq