19Avqust | Ana Səhifə - Yazılar - Rəsul Quliyevin media uzantıları...
Rəsul Quliyevin media uzantıları...

Elçin Alıoğlu

"Palçıqda oturan üstünə işıq düşməsini istəməz". Gözəl sözlərdir, Emil Zolya yazıb.


Jurnalistikaya gəlişimin iki səbəbkarından biridir. 30 il əvvəl olmuşdu bu qərar - alman jurnalist Günter Valrafın "Ganz unten" ("Ən dibdə") əsərini və Emil Zolyanın "J'accuse...!" ("İttiham edirəm!") məqaləsini oxuyandan sonra.


30 ildir bu sahədəyəm və düşünürəm ki, azacıq da olsa, Azərbaycan mediasına bələdəm.


Ən dibi ittiham edirəm...


Çünki mediamızdakı indi bəzi təmayüllər məni təəccübləndirir, eyni zamanda da təəssüf hissi yaradır.


Fransızların gözəl ata sözü var: "Ami de tous, ami de personne". Yəni "Hamının dostu olmağa çalışan kimsənin dostu deyil".


Problem Azərbaycanın kütləvi informasiya vasitələrində son vaxtlar müşahidə olunan çoxsimalı, çoxüzlü, çoxmövqeli görünməyə cəhd edən, amma siması, mövqeyi və üzü olmayanlardır.


Bir qədər sərt səslənsə də, belədir.


İllər əvvəl ölkə parlamentinin spikeri olmuş Rəsul Quliyevin ələbaxan jurnalistləri vardı və o, həmin jurnalistləri Aleksandr Nevzorov, Sergey Dorenko kimi görmək istəyirdi.


Mərhum Dorenko karyerasına çox istedadlı jurnalist kimi başladı, lakin sonra "mediakiller"ə çevrildi: pul aldığı sahiblərinin sifarişi və göstərişi ilə hədəf seçir, yalanlar tirajlayır, faktlarla manipulyasiya edir, gözdənsalma və böhtan kampaniyalarını gerçəkləşdirməyə çalışırdı.


Nevzorov "600 saniyə" verilişi ilə peşəkarlığını ortaya qoymuşdusa, sonradan o da artıq mərhum S.Dorenkonun yolunu getdi.


Rəsul Quliyevin "cib jurnalist"ləri illər əvvəl çox deyildi, indi də sayları azdır. Üstəlik, əvvəllər aralarında peşəkarlar vardısa, indi yoxdur: olanlar cüzi məbləğə həqiqətə xəyanət edənlərdir.


Söhbət sabiq spikerin mediaya olan əcaib münasibətindən yox, indi yaşanan olaylarda kimliyini ortaya qoyan media mənsublarından gedir.


Çoxsaylı faktlardan, sadəcə, birinə nəzər salaq.


Belarusda avqustun 9-da prezident seçkiləri keçirildi. Faktiki iki rəqib vardı: indiki dövlət başçısı Aleksandr Lukaşenko və onun rəqibi, cəmi üç ay əvvəl çox az adamın tanıdığı evdar xanım Svetlana Tixanovskaya.


Belarusa bələdəm, situasiyadan haliyəm və Minskdə kaleydoskop sürətilə süni şəkildə, çox intensiv şəkildə bir-birini əvəzləyən hadisələr aşkar göstərir ki, belaruslalara növbəti "rəngli inqilab" ssenarisi tətbiq olunur.


Bəhs etdiyim məsələyə dəlalət edən məqamların sayı həddən ziyadədədir, sadalayıb vaxt almaq istəməzdim.


Kütləvi etirazların idarə olunması mexanizmində Belarus sərhədlərindən kənardakı güclərin aktiv iştirakına sadəcə, bir fakt: iki sutka müddətində internetin olmadığı Minskdə aksiya iştirakçılarına yardım məqsədilə Facebook-da yaradılmış "BY Help" səhifəsi vasitəsilə 2,1 milyon dollar vəsait "toplandı". İnternet yoxdur, bank kartından və ya hesabdan köçürmələr mümkün deyil, lakin çox mistik şəkildə 2 milyon dolların yığıldığı bəyan olunur.


Və ya başqa fakt: Belarusdakı etiraz aksiyaları barədə məlumat verən sosial şəbəkə və messencer kanalları arasında hazırda ən populyarı olan "Nexta Live"ın rəhbəri Sergey Sepkalonun fəaliyyəti, "internetsizlik" şəraitində də bir an dayanmamışdı.


Bunlar adi ştrixlərdir.


Aleksandr Lukaşenkonun qələbəsini və ya məğlubiyyətini şərh etmək niyyətində deyiləm. Belarus müstəqil dövlətdir, ölkənin və cəmiyyətin taleyini də belaruslar müəyyənləşdirməlidir. Kənar ölkələrin vətəndaşları yalnız müşahidəçi statusunda prosesləri seyr edə bilərlər.


Məhz bu səbəbdən də Belarusda keçirilmiş prezident seçkilərini müşahidə edən nümayəndə heyətləri arasında Azərbaycan təmsilçiləri də vardı. Onlar MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov idilər.


Azərbaycanın millət vəkilləri Belarusa yollandılar, seçki günündə fərqli bölgələrdə, rayonlarda oldular, səsverməyə baxdılar və seçkilər başa çatandan sonra mövqelərini açıqladılar, gəldikləri qənaətləri söylədilər.


Millət vəkili Arzu Nağıyev kimi.


Seçkidən əvvəl və səsvermə günü paytaxt Minskdəki Partizansk rayonunda müşahidələr aparmış A.Nağıyev bəyan edib: "Birmənalı şəkildə deyə bilərəm ki, bu rayonda A.Lukaşenko liderlik edirdi. Çünki rayon sakinləri işlə təmin edilib, sosial məsələlər həllini tapıb, zavod və fabriklər öz məhsullarını həm daxili, həm də xarici bazara çıxara bilirlər, bu da ki, çox vacib elementdir. Qeyd etməliyəm ki, Partizansk rayonunda cənab Lukaşenkonun səs faizləri həqiqətə uyğun idi".


Və o, daha sonra vurğulayıb ki, müşahidə etdiyi rayonda total seçki saxtakarlığından söhbət gedə bilməz: "Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər ExitPoll-la müqayisədə o qədər də fərqli deyildi. Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görürdü".


Yetərincə səlis, konkret və açıq bəyanatdır.


Fəqət, siyasi texnologiyaların Azərbaycanda zühur etdirilən primitiv və idbar formaları işə salınır, manipulyasiya başlanır.


A.Nağıyev müşahidəçi olduğu Partizansk rayonunda total seçki saxtakarlıqlarının olmadığını deyir. Əslində, bunu belaruslu müxalifətçilər də sonradan təsdiqləyəcəkdilər, çünki həmin rayon sənaye bölgəsidir, A.Lukaşenkonun tərəfdarı çoxdur.


Bəs mediamızda "dibə vuran"lar nə edirlər?


İlk əvvəl "Meydan TV" millət vəkilinin açıqlamasını dəyişir, "Partizansk rayonunda" ifadəsi "Belarusda" ilə əvəzlənir, oxucularda belə rəy yaradılmağa çalışılır ki, Arzu Nağıyev bütün Belarusdakı ümumi situasiyanı şərh edib.


Bu isə mümkün deyil - ən azı texniki baxımdan Azərbaycandan Belarusa yollanmış müşahidəçilər eyni vaxtda bütün seçki məntəqələrindəki prosesləri izləyib təhlil etməyiblər, edə də bilməzdilər.


"Meydan TV" öz ampluasındadır, feyk və dezinformasiya axınını davam etdirir, Rəsul Quliyevin media uzantıları fəaliyyətdədir.


Bir qədər anlaşılmaz qalan sürəkli və fasiləsiz olaraq "biz iqtidarı, dövlətçiliyi, dövləti, hakimiyyəti dəstəkləyirik" deməkdən usanmayan şəxslərin həmin dezinformasiyanı nəinki həvəslə tirajlamaları, hələ o feyk "xəbər"ə istinad edərək "analitik şərh"lər və "təhlillər" yazmasıdır.


O şəxslərin primitiv düşüncələri bəlli, bəs sayt rəhbərlərinin Yanus davranışına nə deyək, necə adlandıraq?


İki kətildə oturub iki bayraq yelləmək mövqedirsə, onda belə siyasi buqələmunluq sərt cavabını almalıdır.


Seçim bəsitdir: ya dövlətləsən, ya dövlətə qarşısan - tərəddüd və bitərəf qalmaq oppurtinizm, kollaborasionanizmdir.


Qayıdaq Belarusa və oradakı hadisələrə.


Belarusda yaşananalar o ölkənin daxili işidir. Biz dövlət olaraq əməkdaşlıq və dostluq münasibətlərini hər hansı siyasi qüvvə, yaxud qüvvələrlə yox, dövlətlə qururuq. Ona görə də istənilən ölkənin, o cümlədən Belarusun daxili siyasətində yaşananları o dövlətdəki proseslərin nəticəsi kimi dəyərləndirməliyik.


Belarusda hakimiyyətdə kimin olmasından, bundan sonrakı iqtidarın kimlərdən ibarət olmasından asılı olmayaraq Azərbaycan-Belarus münasibətləri daim yüksək səviyyədə qalmalıdır.


Aleksandr Lukaşenkoya gəldikdə isə, onun Azərbaycana rəğbətini, daim Bakının yanında olmasını unutmamalıyıq.


... Yazının əvvəlində Günter Valrafdan bəhs etdim. Onun fəaliyyət prinsipi çox bəsitdi: "Jurnalist kiminsə sifarişi ilə yalan yazırsa, o, artıq media köləsidir. Obyektiv və soyuqqanlı olmaq gərəkdir - şəxsi rəğbətə və seçimə mediada yer olmamalıdır".

MÜƏLLİFİN DİGƏR YAZILARI
Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18