17 Noyabr 2020, 23:29 | Ana Səhifə - Yazılar - Vova və Niko...
Vova və Niko...

Qəzənfər Həmidoğlu

(Şeytan detallarda gizlənir)

Hamı Paşinyanı göndərir, Paşinyan isə ayağını bir başmağa dirəyib, heç hara getmir.


İrəvanda etirazçılar "Nikol - satqın!" deyir, beynəlxalq ekspertlər erməni baş nazirin siyasi ömrünün tezliklə başa çatacağını gözləyirlər, Rusiya dairələri artıq onu basdırıblar, nazirləri bir-bir aradan çıxır, prezident Sarkisyan da hökumət başçısını istefaya çağırır.

Yəni, kimsə Paşinyanın hakimiyyətdə qalacağını ağlının ucundan keçirmir.

Paşinyanın vecinə deyil, sanki kapitulyasiya sənədinə başqası imza atıb. İrəvanda situasiya belədir ki, hakimiyyəti zor gücünə devirmək beli qırılmış Ermənistanı iflic edəcək. Yəni, yaxın perspektivdə İrəvanda çevriliş gözlənilmir.

Odur ki, müxalifət Paşinyan hökumətini dinc vasitələrlə istefaya göndərib, daha sonra parlament seçkisi keçirmək istəyir. Cəhd edirlər, amma alınmır.

Etirazçılar da İrəvandakı dövlət binaları qarşısında fırlanırlar, amma hələ bir faydası yoxdur. Paşinyan küçədən gəlmişdi, küçə hələlik onu endirmək üçün dağıdıcı səviyyəyə çatmayıb.

Belə situasiyada Paşinyanın özünün xoşluqla və tezliklə istefa verəcəyi ehtimalı azalır. Rusiya da onu qovmağa tələsmir.

Belə qənaət var ki, Kreml Paşinyanı cəzalandırır, əslində Rusiya "Saqqal"ı (Rusiya agenturasında Paşinyanın kod adı "Boroda"dır) hakimiyyətə gətirən erməni cəmiyyətinə dərs verir ki, bir daha qələt etməsin.

Rusiya Paşinyanın postunda qalmasında, erməni böhranı ilə bağlı planlarını məhz qərbyönümlü baş nazirin əli ilə görməkdə maraqlıdır. İlk növbədə Ermənistan ordusunun Ağdam, Kəlbəcər və Laçından çıxması gözləniləcək.

Daha sonra Ermənistandakı situasiya Rusiyanı bir müddət gözləməyə vadar edəcək. Bəllidir ki, Paşinyanın istefası müxalifətin ilk hədəfidir. Bundan sonra erməni müxaləfətinin növbəti məqsədi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da Dağlıq Qarabağla bağlı imzaladığı Bəyanatı ləğv etməkdir.

Rusiya özünün imzası olan bu sənədin mürəkkəbi qurumamış, qısa müddətdə ləğvində maraqsızdır, bu, həm də onun onsuz da şübhəli olan imicinə zərbə ola bilər. 10 noyabr bəyanatı erməniləri ipdən almışdı və Kremlə aşkardır ki, bu sənəd ləğv edilərsə, Azırbaycan Ermənistanı tam məğlub edəcək.

Digər yandan, kimsə şübhə etmir ki, Paşinyanın yerinə hakimiyyətə gələcək qüvvə rusiyameylli olacaq. Həmin qüvvə yaxın zamanda hakimiyyətə gələrsə, Rusiyanın indiki maraqları ilə erməni cəmiyyətinin etirazları arasında qalaraq xərclənəcək. Kreml bunu bilməmiş deyil.

Paşinyan son günlər arxayın danışmasından belə qənaət çıxarmaq da mümkündür ki, Nikol Paşinyan RF prezidenti Vladimir Putindən hakimiyyətinə dair qarantiya alıb.

Paşinyan yəqin soruşub ki, "Kapitulyasiyaya imza atdım. Vova, indi mənim axırım nə olacaq?".

Putin də güman ki, deyib:"Niko, dalında dağ kimi durmuşam".

Siyasət üzdən dərin şeydir, içdən isə adi və primitivdir...

 

Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:47 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:42 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50 Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir 26 Noyabr 2020, 11:45 Səfirdən Fransa Senatının Qarabağla bağlı qərarına REAKSİYA 26 Noyabr 2020, 11:43 Kəlbəcərin səhiyyə statistikası açıqlanıb 26 Noyabr 2020, 11:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?