Gürcüstanda 175 Azərbaycan vətəndaşı həbs cəzası çəkir.
Modern.az Gürcüstan Milli Statistika İdarəsinə (Sakstat) istinadən xəbər verir ki, Gürcüstan həbsxanalarında xarici vətəndaşların sayı 2021-ci illə müqayisədə 3,3 dəfə artaraq 2026-cı il mayın 1-nə olan məlumata görə 1762 nəfərə çatıb.
Qonşu ölkənin həbsxanalarında saxlanılan əcnəbilərin statistikasında Azərbaycan vətəndaşları da yer alıb. Hazırda orada cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 175 nəfərdir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 103 nəfər təşkil edirdi.
Statistikaya görə, Gürcüstanda xarici məhbusların sayına görə aşağıdakı ölkələr liderdir:
Türkiyə: 539 nəfər (2021-ci ildə 140)
Rusiya: 196 nəfər (77-dən çox)
Ukrayna: 176 nəfər (36-dan çox)
Azərbaycan: 175 nəfər (103-dən çox)
İran: 100 nəfər (28-dən çox)
Məlumata görə, 1762 xarici məhbusdan 1182-si artıq barələrində çıxarılmış hökm əsasında cəza çəkir, qalanları isə məhkəmə prosesini gözləyir. Gürcüstan qanunvericiliyinə əsasən, cəza müddəti başa çatdıqdan sonra əcnəbilər ölkəni tərk etməlidirlər və onların geri qayıtmasına 20 ilə qədər qadağa qoyula bilər.
Hazırda Gürcüstan parlamenti şərti azadlığa buraxılmış əcnəbilərin deportasiyası ilə bağlı yeni qanunvericilik dəyişikliklərini müzakirə edir. Qeyd edək ki, 1 may 2026-cı il tarixinə 697 əcnəbi vətəndaşın cəzası şərti olaraq təyin edilib.