Modern.az

Ukrayna və Moldova Avropa Birliyinə üzv olur? - QƏRAR

Ukrayna və Moldova Avropa Birliyinə üzv olur? - QƏRAR

Dünya

15 İyun 2026, 13:59

Ukrayna və Moldova Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların ilk mərhələsinə başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, buna Macarıstanda hakimiyyət dəyişikliyindən sonra yaranan siyasi şərait imkan verib. Belə ki, yeni baş nazir Peter Madar və hökuməti əvvəlki baş nazir Viktor Orban dövründə tətbiq edilən danışıqlar prosesinin bloklanması siyasətindən imtina edib.

Məlumata əsasən, Aİ bazar ertəsi rəsmi olaraq namizəd ölkələrin ittifaqa qoşulması üçün keçməli olduqları altı danışıqlar klasterindən birincisini açacaq.

Bildirilir ki, Avropa İttifaqı yaxın aylarda digər danışıqlar istiqamətlərinin də açılmasını planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları