Modern.az

Ermənistanın borcu gəlirindən dəfələrlə çoxdur 

Ermənistanın borcu gəlirindən dəfələrlə çoxdur 

Dünya

Bu gün, 13:57

Ermənistanın dövlət borcu 2025-ci il dekabrın 31-nə olan məlumata görə 5,541 trilyon dram (təxminən 14,531 milyard ABŞ dolları) təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan parlamentin Maliyyə-Kredit və Büdcə Məsələləri Komissiyasının iclasında məlumat verib.

Nazirin sözlərinə görə, martın 31-nə qədər dövlət borcunun həcmi əvvəlki hesabat dövrü ilə müqayisədə əlavə 11 milyard dram artıb.

Eyni zamanda qeyd olunub ki, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ilin yekunlarına əsasən 48 faizdən 47,3 faizə düşüb.

Büdcə kəsiri isə planlaşdırılan 5,5 faiz əvəzinə ÜDM-in 3,8 faizini təşkil edib. Bu göstərici nominal ifadədə 418,8 milyard dram olub. Son beş ildə büdcə kəsirinin orta səviyyəsi 3,2 faiz təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ