Almaniyanın "Rheinmetall" konserni 155 millimetrlik sursatın qiymətini qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə "Welt" yazıb.
Bildirilib ki, Ukraynada münaqişə başlayandan sonra qiymət artımı yaşanıb. Belə ki, qiymət bir ədəd üçün 2 min avrodan 3.6 min avroya qaldırılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.