Modern.az

Livan İsraildən BMT TŞ-na şikayət edəcək

Livan İsraildən BMT TŞ-na şikayət edəcək

Dünya

6 Noyabr 2023, 08:31

Livan hakimiyyəti İsrailin atəşi zamanı 4 mülki şəxsin həlak olması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Nəcib Mikati bildirib.

 

Baş nazirin vurğuladığı kimi, Beyrut ümid edir ki, BMT Təhlükəsizlik Şurası bu cür hücumların qarşısını almaq üçün tədbirlər görəcək.

 

Qeyd edək ki, İsrail hərbçiləri Livanın cənubunda Aitrun-Ainata magistral yolunu atəşə tutub. Mərmilərdən biri mülki şəxslərin olduğu avtomobilə düşüb və üçü uşaq olmaqla bir ailənin dörd üzvü həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək