ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılıq əldə etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Razılaşmaya əsasən, Rusiyadan ABŞ və dünya bazarlarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağının tədarükü nəzərdə tutulur. Növbəti aylarda tədarükün artırılması planlaşdırılır.
Məlumata görə, Vaşinqton razılaşmanın həyata keçirilməsi üçün Rusiya dizelinə tətbiq edilən bəzi sanksiyalarla bağlı altı aylıq istisna müəyyən edib.
Tramp administrasiyası bu addımı enerji bazarlarında qiymətlərin aşağı salınması məqsədilə izah edir.
Lakin qərar Ukraynanın və ABŞ-da bir sıra siyasi dairələrin etirazına səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski razılaşmanın Rusiyanın iqtisadi imkanlarını genişləndirə biləcəyindən narahatlığını ifadə edib.
Qeyd edək ki, yeni razılaşma ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarının gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.