Modern.az

Qəzzada BMT-nin 79 əməkdaşı həlak olub

Qəzzada BMT-nin 79 əməkdaşı həlak olub

Dünya

6 Noyabr 2023, 08:58

Qəzza zolağında BMT-nin 79 əməkdaşı müharibənin qurbanı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

 

Bildirilir ki, döyüşlərin başlamasından bu yana azı 24 BMT əməkdaşı yaralanıb. Məlumata görə, təkcə son 48 saatda BMT Agentliyinin 5 əməkdaşı həlak olub.

 

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. Minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək