Modern.az

“Fənərbaxça”da gərgin anlar: Ali Koç jurnalisti qovdu - VİDEO

“Fənərbaxça”da gərgin anlar: Ali Koç jurnalisti qovdu - VİDEO

Dünya

6 Noyabr 2023, 10:08

Ötən gün Türkiyənin “Fənərbaxça” klubunun İdarə Heyətinin iclasında klubun prezidenti Ali Koçla tanınmış jurnalist Ogün Altıparmak arasında gərgin anlar yaşanıb.

 

Modern.az xəbər verir ki, jurnalistin sualı Ali Koçun narazılığına səbəb olub.

 

Altıparmak Koçun dilə gətirdiyi narazılıqlara replika ilə cavab verib: “Bibinizin həyat yoldaşı “Qalatasaray”ı idarə edir, ondan soruşun”.

 

Koç O.Altparmakdan iclası tərk etməsini istəyib, əks halda onun zorla zaldan çıxarılacağını bildirib.

 

Qeyd edək ki, jurnalistin bəhs etdiyi şəxs İnan Kıraçdır, o, “Koç Holdinq”in sahibi Rəhmi Koçun bacısının həyat yoldaşıdır.

 

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək