Modern.az

Rusiya Odessaya zərbə endirdi: Yaralılar var - FOTOLAR

Rusiya Odessaya zərbə endirdi: Yaralılar var - FOTOLAR

Dünya

6 Noyabr 2023, 10:48

Rusiya qüvvələri Ukraynanın Odessa vilayətinin mərkəzi olan eyniadlı şəhərə zərbə endirib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, nəticədə dağıntı əmələ gəlib.

 

Zərər görən tikililərdən biri də Odessanın İncəsənət Muzeyidir. Bundan başqa, 8 şəhər sakini yaralanıb.

 

Vilayətin hərbi administrasiyası faktı təsdiqləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir