BMT-nin Qəzzada həlak olan əməkdaşlarının sayı 88-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrailin HƏMAS ilə müharibəsinin başlamasından bu yana həyatını itirən əməkdaşlarının sayı 88-ə yüksəlib.
“Oktyabrın 7-dən bəri çoxlu humanitar işçilər, o cümlədən UNRWA-nın 88 əməkdaşı həlak olub. Bu, BMT-nin bir münaqişədə məruz qaldığı ən böyük itkidir”, - deyə bildirilib.
Bundan əvvəl təşkilat noyabrın 4-ü axşam saatlarında 79 əməkdaşının öldüyünü bildirmişdi.