Modern.az

Aİ səfirləri Gürcüstanda toplaşır - Şərq Tərəfdaşlığı

Aİ səfirləri Gürcüstanda toplaşır - Şərq Tərəfdaşlığı

Dünya

6 Noyabr 2023, 13:38

Avropa İttifaqının səfirlərindən ibarət nümayəndə heyəti Şərq Tərəfdaşlığı məsələlərini müzakirə etmək üçün noyabrın 6-8-də Gürcüstanda olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

 

Səfər Gürcüstan üçün mühüm tarixə təsadüf edir - noyabrın 8-də Avropa Komissiyasının genişlənməyə dair illik hesabatı dərc olunacaq. Bu hesabat Gürcüstanın Aİ-yə namizəd statusuna nail olmaq üçün 12 tövsiyəni nəzərə alıb-almadığını qiymətləndirəcək.

 

“Azadlıq” radiosunun Avropa bürosunun redaktoru Rikard Jozviak Brüsseldən bildirib ki, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alması ehtimalı yüksəkdir: "Lakin müəyyən şərtlər daxilində".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək