Modern.az

Müharibə İsrailə neçəyə başa gəlir? - RƏQƏMLƏR

Müharibə İsrailə neçəyə başa gəlir? - RƏQƏMLƏR

Dünya

6 Noyabr 2023, 13:44

HƏMAS-a qarşı əməliyyat İsrailə 50 milyard dollardan çox başa gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

 

Xərclər İsrailin illik ÜDM-nin təxminən 10%-ni təşkil edəcək. İsrail Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin yanaşma kimi xarakterizə edir. Müqayisə üçün, İsrail koronavirus pandemiyası ilə mübarizə üçün büdcədən təxminən 40 milyard dollar ayırıb.

 

Oktyabrın sonunda İsrailin maliyyə naziri Bazalel Smotriç Qəzzada əməliyyat üçün dövlətin gündəlik xərclərini təqribən 250 milyon dollar olaraq qiymətləndirib.

 

Bu hesablamalara əsasən, HƏMAS-la münaqişənin gərginləşməsi başlayandan bəri İsrail hərbi ehtiyaclar üçün təxminən 7,5 milyard dollar xərcləyə bilərdi.

 

Qeyd edək ki, Fələstin-İsrail qarşıdurması HƏMAS-ın hücumu ilə 7 oktyabrdan başlanıb. İndiyə qədər hər iki tərəfdən minlərlə insan həlak olub. Həmçinin 88 BMT əməkdaşının da həyatını itirdiyi məlumdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək