Modern.az

Roma Papası xəstələnib - Soyuq dəyib...

Roma Papası xəstələnib - Soyuq dəyib...

Dünya

6 Noyabr 2023, 15:38

Roma Papası Fransisk Vatikana gələn Avropa ravvinlərindən ibarət nümayəndə heyəti ilə görüşdə səhhətinin pis olmasından şikayətlənib.

 

Modern.az xəbər verir ki, o, ənənəvi salamlama nitqini söyləmək əvəzinə, gələnlərə onun mətnini oxuyub.

 

Vatikan bildirib ki, 86 yaşlı pontifik soyuqdəymə keçirib, lakin bu, onun iş qrafikinə təsir etməyəcək. Papa ilə görüş Vatikanın Apostol Sarayında baş tutub.

 

2021-ci ildə Papa Fransisk bağırsaq əməliyyatı keçirib. Ona artroz diaqnozu qoyulub və əlil arabasından istifadə edir. 2023-cü ilin martında pontifik tənəffüs yoluxucu infeksiyaya görə bir neçə gün xəstəxanada qalıb. İyun ayında qarın nahiyəsindən əməliyyat olunub.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək