Modern.az

Bu ölkə İsraildəki bütün diplomatlarını geri çağırdı

Bu ölkə İsraildəki bütün diplomatlarını geri çağırdı

Dünya

6 Noyabr 2023, 16:04

Cənubi Afrika Respublikası (CAR) Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda yəhudi dövlətinin ərazisindən bütün diplomatlarını geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Afrika Respublikası prezidentinin ofisi məlumat yayıb. 

 

Nazir Kumbudzo Ntşaveni deyib ki, İsrailin Qəzza zolağı ilə bağlı hərəkətləri ölkə rəhbərliyini məyus edib: "Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çağırmaq qərarına gəlib. Cənubi Afrika İsrailin Qəzza zolağında məktəb və klinikaları bombalamağa davam etməsindən və humanitar dəhlizləri bağlamasından məyusdur". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək