Modern.az

Moldovanın MDB PA-dan çıxacağı tarix AÇIQLANDI

Moldovanın MDB PA-dan çıxacağı tarix AÇIQLANDI

Dünya

17 Noyabr 2023, 14:44

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Moldova 2024-cü il fevralın 8-də MDB ölkələrinin Parlamentlərarası Assambleyasından çıxacaq.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Matvienko bunu Moldovanın özü üçün “böyük itki” adlandırıb.

 

“Prosedurun nə vaxt başa çatacağına gəlincə, bütün bunlar bizim qaydalarımızda göstərilib. Moldovanın çıxması ilə bağlı bəyanatından sonra prosedur fevralın 8-də başa çatacaq, Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, - Valentina Matvienko bildirib.

 

Onun sözlərinə görə, bu, Parlamentlərarası Assambleyaya heç bir ziyan vurmayacaq. O hesab edir ki, Moldova prezident Maya Sandunun hakimiyyətə gəlişindən sonra “müstəqil dövlət deyil”.

 

Moldova hökuməti MDB-dən çıxmaq niyyətini 2022-ci ildə, Ukraynada hərbi əməliyyatların başlamasından az sonra elan edib. Elə həmin il Kişineu birliyin əsas orqanlarında fəaliyyətini dayandırıb. Avqustda Moldova MDB-də tərksilah məsələləri üzrə komissiya haqqında sazişdən çıxıb, noyabrda isə üzvlük haqqını ödəməkdən imtina etmək planlarını açıqlayıb.

 

Moldova hakimiyyəti MDB çərçivəsində daha bir neçə onlarla sazişdən çıxmaq niyyətlərindən danışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək