Modern.az

Fransada şagird etirazları: 200 lisey bağlanıb

Fransada şagird etirazları: 200 lisey bağlanıb

Dünya

Bu gün, 12:37

Fransada şagirdlərin etiraz aksiyaları ilə əlaqədar çərşənbə axşamı təxminən 200 liseyin fəaliyyəti dayandırılıb.

Modern.az xəbər verir ki, bunu ölkənin təhsil naziri Eduar Jefre “France Inter” radiosunun efirində bildirib.

“Bu gün təxminən 200 təhsil müəssisəsi bağlı olmalıdır”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, son vaxtlar nümayişlər səbəbindən müvəqqəti bağlanan liseylərin sayı əvvəlki həftələrlə müqayisədə azalıb.

Qeyd edək ki, bundan əvvəl etiraz hərəkatının iştirakçıları aksiyaları dayandırmamağa və oktyabrın 13-də keçiriləcək genişmiqyaslı nümayişə qoşulmağa çağırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi