Modern.az

İranda bəlkə də həddindən artıq irəli getmişik - Tramp

İranda bəlkə də həddindən artıq irəli getmişik - Tramp

Dünya

13 Oktyabr 2026, 17:09

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyat zamanı ölkə rəhbərliyinin öldürülməsindən sonra Vaşinqtonun Tehranda kiminlə danışıqlar aparacağını müəyyənləşdirməkdə çətinlik çəkdiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında keçirilən mitinqdə danışıb.

“Onların hətta lideri də yoxdur. Bu, problemdir. Bəlkə də həmin liderlərlə bağlı həddindən artıq irəli getmişik, çünki kiminlə üz-üzə olduğumuzu bilmirik”, – ABŞ Prezidenti deyib.

Trampın sözlərinə görə, münaqişənin əvvəlində İran rəhbərliyinin öldürülməsi hazırda danışıqlar üçün qarşı tərəfin müəyyənləşdirilməsini çətinləşdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!