Modern.az

ABŞ-dən tələblərin yerinə yetirilməsini gözləyirik - Tehran şərtini açıqladı

ABŞ-dən tələblərin yerinə yetirilməsini gözləyirik - Tehran şərtini açıqladı

Dünya

Bu gün, 15:44

İran ABŞ-nin Tehranın tələblərini yerinə yetirəcəyi təqdirdə münasibətlərin normallaşdırılması istiqamətində qarşılıqlı addımlar atmağa hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi RİA Novosti-yə açıqlamasında bildirib.

“Əlbəttə, onlar hansı şərt və tələblərin yerinə yetirilməli olduğunu bilirlər. Bu şərt və tələblər yerinə yetirilən kimi İran İslam Respublikası da öz növbəsində zəruri addımlar atacaq”, – deyə diplomat qeyd edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı ABŞ-yə yeddi günlük plan təqdim etdiyini açıqlayıb. Təklif dəniz blokadasının və ixraca qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində irəli sürülüb. ABŞ Prezidenti Donald Tramp isə bu təklifi rədd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!